Aqil Ələsgər: "Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun"
Aqil Ələsgər: "Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun"
12:39 01.10.2024
Siyasət
440
"Demokratiya, insan hüquqları gözəl səslənir, ikili standartlarla olmasa. Mən burada tarixi torpaqlarından qovulan beş yüz mindən çox azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm".
Yenicag.az xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısında çıxış edən "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.
Zirvə Toplantısının "Münaqişə zonalarında humanitar məsələlər və fundamental azadlıqlar" mövzusunda sessiyasında danışan A.Ələsgər qeyd edib ki, Qərbi Azərbaycandan olan insanların hüquqları Ermənistan tərəfindən ciddi şəkildə pozulmaqdadır.
"Mən burada tarixi torpaqlarından qovulan beş yüz min azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bir milyon məcburi köçkünümüz üçün 30 il danışdıq, ancaq sonunda özümüz həll etdik. İndi isə tarixi Azərbaycan torpağı olan indiki Ermənistandan beş yüz min vətəndaşımızın ata-baba məzarlarını turist kimi də olsa ziyarət etməsinə şərait yaratmasını istəyirik. Biz Ermənistana ərazi iddiası etmirik. Baxmayaraq ki, tarixən bizim torpaqlardır. Biz o torpaqlara turist kimi də olsa ziyarət etmək istəyirik. Bir an öncə Ermənistanın sülhə gəlib Qafqazda barış olmasını arzu edirik. Öz dədə-baba yurdlarını ziyarət ən məsum insan haqlarıdır", - deyə o, bildirib.
Qeyd edək ki, 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual