ASAN Xidmətdən “COP29 Xüsusi Viza”sı ilə bağlı açıqlama
11:07 31.10.2024
COP29
699
"COP29 Xüsusi Viza"sına müraciətin təqdim edilməsindən sonra 3 iş günü ərzində vizanın rəsmiləşdirilməsi nəzərdə tutulur.
Sherg.az Report-a istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) "Asan Viza" departamentinin müdiri İsmayıl Rəsulzadə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəyə səfər edəcək rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.
Departament müdiri xatırladıb ki, bununla əlaqədar bu ilin yanvar ayından Agentliyin operatoru olduğu "ASAN Viza" sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanmasına start verilib:
"Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (United Nations Framework Convention on Climate Change - UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilib".
İ.Rəsulzadə deyib ki, "COP29 Xüsusi Viza"sı Azərbaycana səfər edən COP29 iştirakçılarından tələb olunur:
"Bu vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. 200-ə yaxın ölkədən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, çin və koreya dillərində fəaliyyəti təmin edilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət