
28 mayda Çikaqo şəhəri Azərbaycan bayrağına bürünəcək
09:43 25.05.2023
Gündəm
590
Azər Həsrət: "ABŞ-də ayrı-ayrı dövlətlərlə əlaqə qurmaq üçün həmin xalqların əlamətdar günlərini bayram kimi qeyd etmək ənənəsi var"
ABŞ-ın Çikaqo şəhərinin meri Brandon Johnson 28 may tarixinin şəhərdə Azərbaycanın Müstəqillik (Respublika) Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda parlamentli demokratik respublikanın yaradıldığı xatırladılıb.
"1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlıları üçün böyük əhəmiyyət kəsb edir, onların zəngin mədəni irsini və milli kimliyini simvolizə edir", - merin imzaladığı sənəddə bildirilib.
ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) üzvlərinə ünvanlanan məktubda 15 aprel 2015-ci ildən fəaliyyət göstərən təşkilatın uğurlarından da bəhs olunur: "Çikaqo şəhəri həmişə fərqli mədəniyyətləri ilə öyünən dünyanın hər yerindən gələn müxtəlif insanların icmalarına ev sahibliyi edib. Çikaqo şəhəri həm də, incəsənət və musiqi, elm və mədəniyyət, biznes və maliyyə, hüquq və hökumət sahələrində güclənmiş qürurlu və canlı Azərbaycan icmasının da evidir. ACMA iki ölkə arasında qarşılıqlı əlaqələri təşviq etmək üçün çalışır. Ona görə də Çikaqoda yaşayan azərbaycanlı sakinlər çoxdan öz həmkarları arasındadırlar".
Hadisəni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Azər Həsrət söyləyib ki, ABŞ-də ayrı-ayrı dövlətlərlə əlaqə qurmaq üçün həmin xalqların əlamətdar günlərini bayram kimi qeyd etmək ənənəsi var:

"Yəni bu bir xoşməramın ifadəsidir. Azərbaycanla bağlı Amerikanın müxtəlif ştatları və şəhərlərində belə addımlar atılır. Bu isə həm Azərbaycanın tanıdılması, həm də münasibətlərin inkişafı baxımından çox sevindirici haldır. Yeri gəlmişkən deyim ki, belə addımlar heç nədən atılmır. Təbii ki, burada Azərbaycanın diaspor fəallarının, səfirliklərin və müvafiq qurumların böyük təşəbbüsü var. Yəni bir növ özümüzü qarşılıqlı şəkildə tanıdırıq. Onlar da bu yaxınlaşmanı daha da dərinləşdirmək üçün, belə əlamətdar günlərin qeyd edilməsi ilə bağlı qərar verirlər. Mən hesab edirəm ki, indiki şəraitdə belə bir hadisənin ABŞ-da baş verməsi ölkəmiz üçün təqdirəlayiq haldır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət