
Psixoloq: Valideyn-övlad münasibətləri getdikcə gərginləşir
09:27 13.02.2025
Sosial
670
Bakıda 10 yaşlı oğlan itkin düşüb.
Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Sadiq Məcidov 10 fevral tarixində evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırılma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, uşaqların düzgün tərbiyəsi bütün dövrlərdə ən aktual mövzu kimi psixoloq, sosioloq, valideyn və müəllimlər tərəfindən mütəmadi olaraq müzakirə edilir:

“Ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulması üçün davranış qaydalarına riayət edilməsi vacibdir. Bu qaydalara əməl edilmədikdə isə bəzi xoşagəlməz vəziyyətlə - uşağın narahat, aqressiv olması, valideyni ilə daim mübahisə etməsi, digər insanlara qoşulması, hətta özünə suiqəsd etmə halları ilə rastlaşırıq. Valideyn-övlad arasında anlaşılmazlıqlar əvvəlki dövrlərdə də olub, amma o zamandakı həyat tərzi bir qədər qapalı olduğundan, bu qədər müzakirə mövzusuna çevrilmirdi. Bu gün isə demək olar ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşir. Bunu baş verən hadisələrdə də görmək mümkündür. Valideynin övladını, övladın valideyni öldürməsi halları,uşaqların evdən qaçması gündən-günə artır. Belə hadisələrdə günahı təkcə uşaqda görmək düzgün deyil, çünki tərbiyə verən, hörməti öyrədən valideyndir. Onun həyat təcrübəsi uşaqdan çoxdur. Uşaqların tərbiyəsində ailə, yoxsa cəmiyyət daha çox rol oynayır? soruşsanız deyərdim ki əlbəttə ki, ailədən alınan tərbiyə təməldir. Amma ətrafdakı pis qüvvələrin təsir dairəsinə düşən övlad da yanlış seçimlər etməkdən qaça bilmir. Bədbəxt ailələrin xoşbəxt övladları olmur. Valideyn bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə, ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir.Uşaqların tərbiyəsində ailə qədər, məktəb də böyük rol oynayır. Şəxsiyyətin formalaşmasında, cəmiyyətə inteqrasiya olunmasında məktəbin rolu danılmazdır. Günün yarısını məktəbdə keçirən uşaq nəinki bilik, həm də davranış xüsusiyyətlərini qazanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm