Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur
Yusif Nəzərli
00:44 16.02.2025
Sağlamlıq
501
Yıxılma yaşlılar arasında ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 65 yaş və daha yuxarı şəxslər arasında xəsarətlə bağlı ölümün ikinci əsas səbəbi yıxılmalardır. Buna görə də, yaşlı şəxslərdə müntəzəm balans və hərəkətlilik testlərinin aparılması tövsiyə olunur.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, San Paulo Universitetinin Ribeirao Preto Tibb Məktəbində (FMRP-USP) aparılan araşdırmada 60-89 yaş arası 153 iştirakçı üzərində dördmərhələli tarazlıq testi keçirilib. Mövcud metod paralel ayaqlar və təkayaqlı duruşdan ibarət olsa da tədqiqatçılar bu testin proqnozlaşdırıcı gücünü artırmaq üçün metodologiyada dəyişikliklər ediblər.
Nəticələr göstərib ki, təkayaqlı vəziyyətdə qalma müddəti gələcək altı ay ərzində yıxılma riskini göstərə bilər. Hər əlavə saniyə, yıxılma ehtimalını 5 faiz azaldır. Tədqiqatçılar müəyyənləşdiriblər ki, yalnız 10 saniyəlik test ciddi tarazlıq problemləri olan şəxsləri müəyyən edə bilir və risk qrupundakı bəzi şəxsləri gözdən qaçırır. Bu səbəbdən tədqiqatçılar testin minimal vaxt limitinin 23 saniyə olmasını təklif edirlər. Bundan əlavə, tədqiqatda güc platforması vasitəsilə bədənin yırğalanması ölçülüb və bu parametrin də yıxılma ehtimalı ilə əlaqəli olduğu müəyyən edilib. Bununla belə, platformadan istifadəni məhdudlaşdıran texniki və maliyyə amilləri nəzərə alınaraq, ən çətin iki mövqedə – tandem və təkayaqlı – daha uzun müddət dayanma qabiliyyəti də effektiv göstərici kimi təsdiqlənib.
Tədqiqat nəticələri yıxılma riskinin qiymətləndirilməsini praktikada daha əlçatan və effektiv hala gətirə bilər. Yıxılmaların qarşısının alınması və müvafiq müdaxilələrin vaxtında həyata keçirilməsi üçün bu metodun tibbi müayinələrə daxil edilməsi tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm