
Maraqlar Dəməşqdə kəsişir: Suriyanın müqəddaratı ABŞ, Türkiyə və onların müttəfiqlərindən asılıdır
12:23 15.05.2025
Dünya
493
ABŞ Dövlət katibi Marko Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd Həsən Şibani Antalyada keçirilən NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində görüşəcəklər.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında görüş olub. Prezident Ərdoğan toplantıda Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarını tarixi əhəmiyyətə malik bir addım kimi qiymətləndirib.
Politoloq Tofiq Abbasov Sherg.az-a söyləyib ki, hazırda Suriya dünya gündəmində aktual və ən ön xətdə olan ölkələrdən biridir:

"Vaşinqton hələ Bayden administrasiyası dövründə artıq Yaxın və Orta Şərqdən uzaqlaşmaq niyyətində olduğunu deyirdi. Lakin bu inandırıcı deyil. Çünki sözügedən coğrafiya elə bir bölgədir ki, həm faydalı qazıntılar, həm xammal ehtiyatları, yeni tranzit dəhlizlərinin yaranması və s. Yaxın və Orta Şərqlə bağlıdır. Bir çox dövlətlərin Suriyada marağı kəsişdiyi üçün bu ölkə uğrunda gərgin mübarizə gedir. Üstəlik, Suriyanın müqəddaratı ABŞ, Türkiyə və onların müttəfiqlərindən asılıdır. Digər tərəfdən Benyamin Netanyahunun tikanlı yanaşması və aqressivliyi artıq Vaşinqtonu da qorxutmağa başlayıb. Çünki Ağ Ev başa düşür ki, İsrailə bel bağlamaq ABŞ-nin nüfuzunu zərbə altında qoyacaq. Odur ki, Tramp açıq şəkildə Netanyahudan uzaqlaşdığını bildirir. İsrail cəmiyyəti yarıya bölünüb: tərəfdarlar və əleyhdarlar. Netanyahunun əleyhdarları nümayişlər keçirərək Qəzzada soyqırım siyasətini qətiyyətlə pisləyirlər. İsrail Baş naziri çox böyük iştah sərgiləyir".
Politoloq əlavə edib ki, Ankara Suriyanın unitar dövlət kimi qalacağını bildirirsə, Təl-Əviv isə konfederativ olmalı, parçalanmalı və kürt dövləti yaradılmalı olduğunu istəyir:
"Nəticə etibarilə hansı ölkə çevik, praqmatik yanaşacaqsa, onun gözləntiləri reallaşacaq. Ümumiyyətlə hər kəs dünyada yeni nizamdan danışır. Lakin yeni nizam bir gündə yox, sırf böyük və katastrofik müharibələrdən sonra yaranır. Hazırkı kiçik münaqişələr, qarşıdurmalar, o cümlədən müharibələr yalnız yeni nizamın işartılarını göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə