
İsmail Cingöz: Türkiyə PYD və YPG-nin Suriya ordusuna ayrılıqda daxil olması üçün addımlar atır
13:28 15.05.2025
Dünya
764
Özünüləğv qərarı verən PKK terror təşkilatının Suriyadakı qanadı YPG də buraxılacaq. Bu barədə türkiyəli jurnalist, keçmiş millət vəkili Şamil Təyyar məlumat verib. Jurnalist bildirib ki, YPG-nin kitabı bağlanmaq üzrədir. Suriya mərkəzi hökumətinin İŞİD üzvlərinin saxlandığı həbsxanalara nəzarəti YPG-dən almaq səyləri Prezident Ərdoğanla əldə olunan razılaşmanın nəticəsidir.
Şamil Təyyar YPG-nin bu çərçivədə tədricən qüvvələrini bölgədən (Türkiyə ilə sərhəd ərazilərindən) geri çəkəcəyini söyləyib: “YPG Suriya ordusuna inteqrasiya ediləcək, hazırda bunun üzərində iş gedir. Bu, YPG-nin müstəqil dövlət qurmasına və ya muxtariyyət qazanmasına yol açacaq addımlar olmayacaq”.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a söyləyib ki, PKK rəhbərinin özünü ləğviylə bağlı konqres düzəlməlidir fikrindən sonra qruplaşma daxilindən fərqli açıqlamalar gəldi:

“Lakin PKK bir qruplaşmadan ibarət deyil, onun içərisində YPG, PYD, SDG, KCK, PJAK kimi İran, Suriya və Ermənistanda müxtəlif strukturlar var. Digər tərəfdən PKK açıqlamasında bütünlüklə silahı yerə qoyuruq deməyib. Belə olan halda isə açıq qapının olduğu göz önündədir. Gələcək zamanda PKK içərisindən silahı buraxmamaq və münaqişəyə davam etmək istəyən qrupların olma ehtimalı var. Suriyadakı PYD gələcəkdə Şimali İraqdakı Bərzani qruplaşması kimi fərqli bir quruluşa keçmək istəyə bilər. Bunların təbii ki, Türkiyə tərəfindən də yaxından izlənəcəyi məlumdur. Türkiyə Suriyada İraqın Şimalındakı İraq-Kürdüstan demokratik bölgəsi kimi yerin yaranmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bəyan edir. Belə bir vəziyyət olarsa, Türkiyənin cənubunda fərqli bir kürd coğrafiyası ortaya çıxar ki, uzunmüddətli perspektivdə İraq və Suriyadakıların birləşərək Kürdüstana doğru addım atması ehtimalı yaranar. Buna görə də Türkiyə PYD və YPG-nin Suriya ordusuna birlikdə deyil, ayrılıqda daxil olmasını və inteqrasiyanı təmin etmək üçün addımlar atır. Türkiyə kəşfiyyatı və dövləti bu məsələni yaxından izləməlidir. Digər tərəfdən isə İrandakı PYD-nin başına nə gələcəyi də bəlli deyil. Avropa strukturundan da heç bir açıqlama verilməyib. İndiki proses ancaq gözləmək və gündəmi izləməklə ortaya çıxacaq. Belə olduğu halda Türkiyə Cümhuriyyəti planlarını, mübarizələrini zamanla formalaşdırmağa davam etdirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə