16 yaşlı uşaq bacısını qaçıran şəxsi öldürdü
18:28 15.05.2025
Hadisə
404
16 yaşlı bir uşaq, bacısını evlənmək məqsədilə qaçıran gənci tapança ilə sinəsindən vuraraq öldürüb.
“Şərq” xəbər verir ki, Samsunun İlkadım rayonunda baş verən hadisədə iddiaya görə, 16 yaşlı M.T., bacısını evlənmək məqsədilə qaçıran 24 yaşlı Okan Doğan Torun ilə danışmaq üçün onun işlədiyi yerə gəlib.
Burada başlayan mübahisə qısa müddətdə böyüyüb. M.T., üzərindəki tapança ilə Okan Doğan Torunu sinəsindən vuraraq ağır yaralayıb.
Yaralı halda hadisə yerindən qaçan Okan Doğan Torun yaxınlıqdakı bir kitab mağazasına sığınıb.
Bu zaman əlində tapança ilə küçə boyu Torunu təqib edən M.T., yenidən atəş açıb.
Atılan güllələrdən biri mağazanın qarşısında oturan D.A.-ya dəyib və onun ayağından yaralanmasına səbəb olub.
Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları yaralıları təcili olaraq Samsun Təhsil və Araşdırma xəstəxanasına çatdırıblar.
Sinəsindən vurulan Okan Doğan Torun bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib və həyatını itirib.
Şübhəli M.T. hadisədə istifadə etdiyi tapança ilə birlikdə polis tərəfindən qısa müddət ərzində saxlanılıb və nəzarətə alınıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat