"İstilik təchizatı haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
09:20 16.05.2025
Cəmiyyət
516
Milli Məclisin bu gün keçirilən iclasında "İstilik təchizatı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Sherg.az-ın xəbərinə görə, qanun layihəsi 7 fəsil, 26 maddədən ibarətdir.
Qeyd edək ki, yeni qanun layihəsi “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 aprel tarixli 3233 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrası məqsədilə hazırlanıb. Layihənin qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından (ötürülməsindən), satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını, istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini müəyyən etməkdən, istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
Layihənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan, Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ləğv edilməlidir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə