
Toğrul İsmayıl: Türkiyə olmadan Qara dəniz, Şərqi Avropada hansısa məsələni həll etmək mümkün deyil
09:49 16.05.2025
Dünya
438
İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüşdə iştirak etmək üçün Rusiya nümayəndə heyəti Dolmabahçe Sarayındakı Prezident ofisinə gəlib.
Hakan Fidanın açılış nitqindən sonra görüşün ikitərəfi formatda davam edəcəyi gözlənilir.
Ankara Universitetinin professoru, siyasi şərhçi Torğul İsmayıl Sherg.az-a bildirib ki, Türkiyədə bir çox ciddi toplantılar həyata keçirilir:

“Məsələn Ankara, İstanbul, Antalya kimi görüşlər baş tutur. NATO dövlətlərinin son toplantısı da Antalyada keçirildi və Türkiyə xarici işlər naziri çox gözəl çıxış edərək müəyyən məsələlərə aydınlıq gətirdi. Dünən Ukrayna Prezidenti Volodimir Zelenski də nümayəndə heyəti ilə birlikdə Türkiyəyə səfər etdi və dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşdü. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin əvvəlki çıxışlarında ayın 15-də İstanbulda görüşün olmasını təklif etmişdi. Lakin Putin görüşə gəlmədi, göndərdiyi nümayəndə isə üst səviyyədə deyildi. Bu cür davranışlar isə Rusiyanın məsələni uzatmaq istədiyindən xəbər verir. Görüşlərin qardaş ölkədə planlaşdırılması Türkiyənin son illərdə əhəmiyyətinin nə qədər artmasını göstərir. Türkiyə Ukrayna-Rusiya arasında sabitliyin olması üçün vasitəçiliyə diqqət yetirir. Türkiyə olmadan Qara dəniz, Şərqi Avropada hansısa məsələni həll etmək mümkün deyil. Eyni zamanda Türkiyə NATO daxilində hərbi gücünə görə ciddi bir dövlətdir. Həmçinin Ankaranın rolu dünyada təkcə Ukrayna-Rusiya məsələsinə görə artımır. Suriya məsələsində də Amerika Prezindenti Donald Trampın Türkiyəni önəmli görməsi çox əhəmiyyətlidir. Türkiyənin Azərbaycanla olan birliyi onun Cənubi Qafqazda da rolunu artırır. Bunların hamısı getdikcə Türkiyənin regional güc olduğunu ortaya qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur