
Təlabət bəllidir: Əhalinin çaya olan ehtiyacı kəskin artmayıb -RƏY
11:26 16.05.2025
İqtisadiyyat
543
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 602 ton çay istehsal edilib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır.
Mayın 1-ə olan hazır məhsul ehtiyatı isə 48,5 ton təşkil edib.
Xatırladaq ki, cari ilin birinci rübündə 2 485,8 ton çay istehsal edilib.
Məsələ ilə bağlı Sherg.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan çay məhsulunun xalis idxalçısıdır:

“Baxmayaraq ki, ölkəmizin subtropik zonası olan Lənkəran- Astara zonasında çay məhsulu becərilir. Lakin bu, ölkənin tələbatlarına uyğun həcmdə deyil. Əhalinin tələbatları daha yüksəkdir və buna görə də çaya olan tələbatın ödənilməsi üçün ölkəyə daha çox çay idxal olunur. Bundan sonra isə həm ölkədə yetişdirilən, həm də eyni zamanda idxal edilmiş çay qablaşdırılaraq Azərbaycan şirkətlərinin brendləri altında xaricə ixrac edilir. Ölkəmizdə keçən birinci rüblə müqayisədə iknci ilin birinci rübündə həm həcm, həm də məbləğ baxımından daha çox çay ixrac olunub. Əgər keçən ilin birinci rübündə 156 ton 1.5 milyon dollarlıq çay məhsulu ixrac edilmişdisə, bu ilin birinci rübündə 173 ton 1 milyon 530 min dollarlıq çay məhsulu ixrac edilib. İdxal olunmuş məhsullarda kəskin artım var. Keçən illə müqayisədə birinci rübdə çay məhsulunun idxalı kəskin artıb. Amma bu dövrdə ixracın həcminin 20 ton artması, idxalın həcminin isə təqribən 1800 ton artması sual yarada bilər. Bu sahibkarların anbar qalıqları və gələcək sifarişlərinin icrası, öz ehtiyatlarının planlaşdırılması çərçivəsində ola bilər. Çünki ölkəmizdə əhalinin çaya olan tələbatı kəskin artmayıb. Çayın istehlak norması bəllidir. Burda ciddi istehlakçı davranışı dəyişmir. Sadəcə, bu sahibkarların öz anbar ehtiyatlarını tənzimləmək cəhdləridir. Bu növbəti dövrlərdə həm ölkə daxilində bazar tələbatının ödənilməsi, həm də ixraca yönəldiləcək məhsullardır. Təbii ki, birinci rübdə məhsul idxalı kəskin artıb, amma yəqin ki, növbəti rüblərdə biz idxalın azalacağını və rəqəmlərin təqribən ötən ilki həcmlərdə formalaşacağını müşahidə edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə