
Cənubi Qafqazda yeni sülh erası: Gürcüstan regional dialoqun mərkəzinə çevrilir
15:53 16.05.2025
Gündəm
613
Son dövrlərdə Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranır. Xüsusilə Azərbaycan və Ermənistan arasında baş verən müharibədən sonra tərəflər arasında danışıqların başlaması bölgədə sabitliyin bərqərar olması baxımından mühüm addımdır. Bu prosesdə Gürcüstanın ev sahibi kimi çıxış etməsi xüsusi diqqət çəkir. Gürcüstan neytral və tərəfsiz ölkə kimi hər iki dövlət tərəfindən qəbul edilir və bu, sülh danışıqlarının daha səmərəli aparılmasına şərait yarada bilər.

Siyasi şərhçi Asif Nərimanlı Gürcüstanın bu prosesdə oynadığı rol və bunun region üçün əhəmiyyəti haqqında Sherg.az-a danışıb:
"Gürcüstanın bu prosesdə ev sahibi kimi çıxış etməsi olduqca diqqətçəkicidir. Çünki bu, iki mühüm kontekstdə qiymətləndirilə bilər. Birincisi, Gürcüstanın Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma rolunu üzərinə götürməsi və bu təşəbbüsün hər iki tərəf–Bakı və İrəvan tərəfindən qəbul edilməsidir. Bu formatda keçirilən görüşlər Gürcüstanın neytral və regionda sabitlikdə maraqlı tərəf kimi tanınmasına əsaslanır. Gürcüstan digər vasitəçi ölkələrdən, xüsusilə də öz geosiyasi maraqlarını güdən aktorlardan fərqli olaraq, səmimi şəkildə danışıqlara ev sahibliyi etməkdə maraqlıdır.
Məsələn, Rusiya və ya Qərb ölkələri–ABŞ və Fransa kimi vasitəçilərin iştirakı zamanı onların prosesdə öz maraqlarını irəli sürməsi danışıqların nəticələrinə təsir göstərir. Bu isə bəzən regionu əməkdaşlıq platformasından daha çox geosiyasi mübarizə meydanına çevirir. Gürcüstanın isə bu mənzərədə neytral, maraqsız bir tərəf kimi çıxış etməsi həm region ölkələrinin, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir".
Ekspert ikinci mühüm kontekstin üçtərəfli əməkdaşlıq təşəbbüsü olduğunu bildirib:
"Müharibədən sonra Azərbaycan Prezidenti tərəfindən irəli sürülən "Cənubi Qafqaz üçlüyü" ideyası–Azərbaycan, Ermənistan və Gürcüstanın birgə əməkdaşlığı məhz bu istiqamətdə konkret təkliflərə çevrilib. Bu format həm sülh prosesinin irəliləməsinə, həm də region ölkələri arasında qarşılıqlı etimadın yaranmasına xidmət edir.
Ermənistanın bu təşəbbüsə ilkin müsbət reaksiya verməsi onun reallığı qəbul etməyə başladığını göstərir. Əvvəllər İrəvan tərəfi sülh danışıqlarında mütləq üçüncü–böyük güclərin iştirakında maraqlı idi. Lakin artıq bu mövqeyin dəyişməsi və Gürcüstan vasitəsilə region daxilində dialoqun qurulmasına razılıq verilməsi pozitiv siqnaldır.
Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilən sülh danışıqları təkcə bu iki ölkə üçün deyil, bütövlükdə regionun sabitliyi, inkişafı və əməkdaşlığı üçün yeni imkanlar yaradır. Əgər tərəflər bu prosesə səmimi yanaşarlarsa, bu, Cənubi Qafqazın gələcək təhlükəsizlik və iqtisadi əməkdaşlığın əsasını təşkil edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya