
Parlamentari: Avropa Şurası sülh istəyirsə, Ermənistanı cəzalandırsın
Yusif Nəzərli
13:18 14.06.2025
Siyasət
303
Əgər kimsə Azərbaycana təzyiqlə nəyəsə nail olacağını düşünürsə, çox yanılır
Avropa Şurasının Baş katibi Alen Berse Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanmasından danışıb. Berse Ermənistanın bu istiqamətdə olduqca vacib addımlar atdığını iddia edib. Eyni zamanda Avropa Şurasının dialoq platforması təklif etmək niyyətini açıqlayıb. Vurğulayıb ki, bu məsələni sürətləndirmək üçün Azərbaycana dostcasına təzyiq göstərməyə də hazırdırlar: "Bu mövzu bizi çoxdan maraqlandırır. Baş nazir Paşinyanla hələ çox əvvəl, Ermənistanın sazişin şərtlərini qəbul etdiyi vaxtdan danışmışam. Fürsətim olub, Azərbaycan hakimiyyəti ilə də bu barədə danışmışam". Bersenin sözlərinə görə, məqsədləri bu məsələnin əhəmiyyətini xatırlatmaq, müzakirələri davam etdirmək və nəhayət, son nöqtəyə çatmaqdır".
AŞ rəhbərliyinin yanaşmasını Sherg.az-a təhlil edən millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, əgər kimsə Azərbaycana təzyiqlə nəyəsə nail olacağını düşünürsə, çox yanılır. Deputatın sözlərinə görə, hər hansı dövlətin Bakıya basqılar üzərindən nəyəsə nail olması qeyri-mümkündür:

"Azərbaycan Avropa təsisatları ilə dəfələrlə müxtəlif formalarda əməkdaşlıq qurmaq təşəbbüslərini ortaya qoyub. Amma təəssüf ki, Ermənistan buna getməyib. Əksər beynəlxalq təşkilatlar da Ermənistanın haqsız mövqeyini dəstəkləyiblər. Halbuki, sülhü istəyən, sülhə doğru həqiqi və səmimi addımlar atan, bu istiqamətdə real işlər görən ölkə məhz Azərbaycan olub. Ermənistan isə hər vəchlə sülh prosesinə mane olmağa çalışıb, müxtəlif bəhanələrlə prosesi uzatmağa cəhd göstərib. Azərbaycan hər zaman sülhə hazır olub, bu gün də hazırdır. Yaxşı olar ki, Avropa Şurası sülhü sürətləndirmək üçün ilk növbədə pozucu Ermənistana, İrəvan hökumətinə təzyiq göstərsin. Çünki sülhdən qaçan Ermənistandır, Azərbaycan deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya