
Hulusi Kılıç: Ərdoğan-Paşinyan görüşündə Azərbaycanımızın maraqları və mövqeyi əsas götürüləcək
09:30 19.06.2025
Siyasət
385
Cənubi Qafqazda sülh və sabitliyə dair mühüm proseslər fonunda bu həftə Türkiyədə diqqətçəkən diplomatik görüşlər baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ardıcıl olaraq Türkiyəyə səfər edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat yayıb. O bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq və görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, regional proseslər də müzakirə ediləcək.
İyunun 20-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya səfər edəcək. Bu barədə məlumatı Ermənistan parlamentinin sədri Alen Simonyan təsdiqləyib. O, jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gedəcək. Bu, Ermənistanın müstəqillik qazanmasından bəri bu səviyyədə baş tutacaq ilk rəsmi səfərdir və bu səbəbdən tarixi əhəmiyyət daşıyır.
Ardıcıl baş tutacaq bu iki səfər regionda Azərbaycan-Ermənistan münasibətləri, sülh danışıqları və yeni əməkdaşlıq imkanları baxımından xüsusi maraq doğurur.
Mövzu ilə bağlı Sherg.az olaraq Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Sherg.az-a bildirib ki, bu, Ermənistan müstəqillik əldə etdikdən sonra bu səviyyədə Türkiyəyə edilən ilk səfər olacaq və bu səbəbdən tarixi bir ziyarət kimi qiymətləndirilir:

"Ümid edirik ki, bu səfər Azərbaycanımızın da xeyrinə olacaq. 1993-cü ildə Azərbaycan torpaqlarının işğalından sonra Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsmiş və sərhədi bağlamışdı. Həmin sərhəd artıq 32 ildir ki, bağlıdır və ölkələr arasında diplomatik münasibətlər yoxdur. Bu, dünyada analoqu olmayan bir vəziyyətdir. Niyə yoxdur? Çünki bir dövlət, üçüncü bir dövlət – yəni Azərbaycan – üçün öz sərhədini bağlayıb. Bu isə Türkiyə-Azərbaycan qardaşlığının nə qədər dərin və önəmli olduğunu göstərir.
Gözlənilir ki, səfər zamanı regional sülh və sabitlik məsələləri gündəmə gəlsin. Əslində, bu səfərdə də Azərbaycanımızın maraqları və mövqeyi əsas götürüləcək. Azərbaycan razılıq vermədiyi heç bir məsələ bu görüşdə müzakirə olunmayacaq. Xatırlayırsınızsa, bir vaxtlar Praqadakı zirvə toplantısında Ermənistan Türkiyəni tənqid edəndə, cənab Prezident İlham Əliyev çıxış edərək "Əgər Türkiyə yoxdursa, mən buradayam" demişdi. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bir an öncə imzalanması məsələsi gündəmdə olacaq. Bu sülh sazişinin imzalanması çox mühümdür".
Sabiq səfir qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan da Ermənistan və Azərbaycan arasında sülh sazişinin bir an əvvəl imzalanmasını arzu edir:
"O, bölgədə – Cənubi Qafqazda – əməkdaşlığın, inkişafın və sülhün təmin olunmasını istəyir.
Daha əvvəl, 23 iyun tarixində Ermənistanın Baş naziri Ərdoğanın andiçmə mərasiminə qatılmışdı. Həmçinin, bayramlar zamanı prezidentimizi təbrik etmək üçün zəng etdiyini də mətbuatdan öyrənirik. Yəni bu görüşdə Azərbaycan razı olmadan heç bir addım atılmayacaq, heç bir mövzu gündəmə gətirilməyəcək.
Mən bu görüşün həm Türkiyə, həm Azərbaycan, həm də Ermənistan üçün faydalı olacağına inanıram. Danışaraq bir nəticəyə gəlmək mümkündür. Danışmadan isə problemlər həll olunmaz. Türkiyə demək – Azərbaycan deməkdir, Azərbaycan demək – Türkiyə deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm