Ərdoğan və Paşinyan Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə etdilər - YENİLƏNİB-2
Yusif Nəzərli
20:34 20.06.2025
Region
495
Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən görüşdə İrəvanla Ankara arasında münasibətlərin normallaşması, eləcə də Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, görüş zamanı tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər, konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə edilməsinin vacibliyini vurğulayıblar.
N.Paşinyan Ermənistanın regionda sülh və sabitliyin bərqərar olması prosesinə sadiqliyini qeyd edib və qonşularla münasibətlərin normallaşdırılması siyasətini davam etdirməyə sadiq olduğunu vurğulayıb. Qeyd olunur ki, iki ölkə liderləri birbaşa təmasları və dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Bundan əlavə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesi, eləcə də Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. N.Paşinyan və R.T.Ərdoğan bu kontekstdə regional hadisələrə və ikitərəfli əməkdaşlığın mümkün sahələrinə də toxunublar.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, görüş zamanı tərəflər regionda baş verən cari prosesləri, xüsusilə Ermənistan-Türkiyə münasibətlərini müzakirə ediblər. R.T.Ərdoğan deyib ki, Ankara “təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün bütün diplomatik vasitələrdən istifadə edəcək”. Ermənistanın baş naziri iyunun 20-də Türkiyəyə işgüzar səfərə gəlib. Bundan əvvəl səfər çərçivəsində o, İstanbulda erməni icmasının nümayəndələri ilə görüşüb, həmçinin Müqəddəs Ana kilsəsini və Göy Məscidi ziyarət edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdə iki ölkə arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Bildirilib ki R.T.Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı vəziyyətdə əhəmiyyətinə diqqət çəkib.
O, Türkiyənin bölgənin “qazan və qazandır” anlayışı ilə inkişafı məqsədi ilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.
Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün bütün diplomatiya vasitələrindən istifadə edir və İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralının yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirir.
***
Türkiyə Prezidentli Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Prezidentlərin görüşü bir saat davam edib.
***
Türkiyə Prezidentli Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başladı.
Teleqraf xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata əsasən, liderlərin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.
Qeyd edək ki, iyunun 20-də N.Paşinyan Türkiyə Prezidentinin dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya