
İNCƏ xilas: Məhərrəm İncənin dönüşü təsadüf deyil
Yusif Nəzərli
05:25 25.06.2025
Siyasət
708
Natiq Miri: "İncənin qayıdışı CHP üçün strateji gedişdir"
Məmləkət Partiyasının sədri Məhərrəm İncə yenidən Cümhuriyyət Xalq Partiyasına (CHP) üzv olub. Məhərrəm İncə CHP partiyasının parlament qrup iclasında iştirak edib və iştirakçılar qarşısında çıxış edib. Məhərrəm İncə uzun illər CHP-də millət vəkili və qrup sədr müavini vəzifələrində çalışıb. 2014 və 2018-ci illərdə CHP sədrliyinə namizəd olan İncə 2018-ci il prezident seçkilərində partiyanın namizədi olub. İncə 8 fevral 2021-ci ildə CHP-dən istefa verib.
Təxminən 5 ay sonra, 17 may 2021-ci ildə Vətən Partiyasını qurub. İncənin rəhbərlik etdiyi partiya 2023-cü il ümumi seçkilərinə öz siyahısı ilə qatılıb. İncənin yenidən CHP-yə dönüşü Türkiyə siyasi mühitində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir. Bu addımın həm partiya daxilindəki dinamikanı, həm də ölkədəki müxalifət qüvvələrinin birliyinə təsir edəcəyi gözlənilir.

Politoloq Natiq Miri "Sherg.az"aaçıqlamasında deyib ki, Məhərrəm İncə CHP-nin prezidentliyə namizədi olub və hakim partiyanın namizədi R.T.Ərdoğana məğlub olub. Ekspert vurğulayıb ki, M.İncə məğlub siyasətçidir:
"O səbəbdən düşünürəm ki, Məhərrəm İncənin CHP-yə qayıdışı prezident seçkilərində namizəd axtarışı ilə bağlı deyil. Bu, hər şeydən öncə Məhərrəm İncənin yaratdığı Məmləkət Partiyasının ciddi siyasi uğur əldə edə bilməməsi ilə əlaqədardır. CHP ilə MP müqayisə olunmayacaq dərəcədə fərqlidir. Perspektiv o qədər də böyük deyil. Məmləkət Partiyasının seçkilərdə aldığı faizlər də bunu göstərir. Ancaq M.İncənin perspektivdə CHP-nin başqanlığına gəlmə ehtimalı var. Bu da İncənin siyasi gələcəyinə müəyyən perspektiv vəd edir. CHP-də Türkiyə səviyyəsində sevilən, qəbul edilən siyasi fiqurlar çox deyil. Məhərəm İncə yenidən CHP-də parlaya bilər. CHP-nin Özgür Özəllə gələcəyi sual altındadır. Kamal Kılıçdaroğlunun uduzduğu qurultayda saxtakarlıq və korrupsiya iddiaları ortadadır. Bunlar CHP daxilində narahatlıq yaradır".
N.Miri qeyd edib ki, CHP-nin başsız qalmaması və yeni liderin yetişməsi partiyadakı bütün tərəflərin maraqlarına xidmət edir:
"Hazırkı qeyri-müəyyənlik fonunda, üstəlik, İstanbul bələdiyyə sədri Ə.İmamoğlunun həbsi çərçivəsində M.İncə CHP-ni gücləndirəcək əsas amillərdən biridir. Yəni CHP-nin də bu seçimə ehtiyacı var idi. Özgür Özel öz gələcəyini parlaq görsəydi, özünə rəqib yaratmaq istəməzdi. K.Kılıçdaroğlunun partiyaya qayıtmasının önünü kəsmək üçün M.İncə variantı ortalığa atılıb. İncənin də Kılıçdaroğlu ilə münasibəti yaxşı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət