Qvadeluplu koordinator: Avropa iqtisadi müstəqilliyimizi qorumağa mane olur
Yusif Nəzərli
17:25 05.11.2025
Siyasət
270
"Qvadelupun Avropa İttifaqının periferik regionuna daxil olması ona Aİ-nin tanıdığı hüquqlardan faydalanmağa imkan verir, lakin ölkə bu hüquqlardan istifadə edə bilmir. Avropanın rəqabətə davamlılıq siyasəti Qvadelupun öz iqtisadi müstəqilliyini qorumağa mane olur".
APA-nın məlumatına görə, bu fikirləri FID-in Qvadelup Bölməsinin milli koordinatoru Jean-Jacob Bisep Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qvadelupun dekolonizasiyasına doğru: Problemlər və perspektivlər" adlı tematik konfransın "Siyasi və institusional dekolonizasiya" panelində deyib.
O, eyni zamanda ölkəsinin sərbəst vergi və gömrük siyasətinin tətbiqi imkanlarından məhrum edildiyini də dilə gətirib:
"Vergi siyasətimiz də əlimizdən alınıb. Qvadelup iqtisadiyyatı hazırda son dərəcə ağır dövrünü yaşayır. Aparılan iqtisadi siyasət böyük xarici şirkətlərin maraqlarına xidmət edir. İdxal siyasətinin yaratdığı çətinliklər, eləcə də suveren ixrac hüququmuzun olmaması bizə çox böyük əngəllər yaradır. Qvadelupun qida sahəsində də kolonizasiyası davam edir. Müstəmləkə tədbirləri içməli su əldə etmək istiqamətindəki səyləri də çətinləşdirir. Regional iqtisadi inteqrasiya dinamikası geriləyir, ölkəmiz isə qonşu ölkələrlə saziş imzalaya bilmir. Bu da tarazlı iqtisadi tərəfdaşlığın formalaşmasına imkan vermir. Biz bu vəziyyətdən çıxmaq üçün regional əməkdaşlığı gücləndirməliyik".
Jean-Jacob Bisepin sözlərinə görə, yaradılan iqtisadi maneələr səbəbindən ölkəsi istehlak olunan qida məhsullarının 80 faizini idxal etmək məcburiyyətində qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region