Ərdoğan: “Dəyərli dostum Trampın çağırışlarına..."
17:53 25.06.2025
Gündəm
550
Türkiyə Prezidenti inanır ki, Tramp İran və İsrail müharibəsinə son qoyacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Zirvəsindən sonra keçirdiyi mətbuat konfransında mühüm açıqlamalar verib. O, İran və İsrail arasında əldə olunan atəşkəslə bağlı olaraq “Dəyərli dostum Trampın çağırışlarına tərəflərin qeyd-şərtsiz əməl etmələrini gözləyirik” deyib.
”Sherg.az” Ərdoğanın açıqlamalarından əsas məqamları təqdim edir. Ərdoğan bildirib ki, F-35 mövzusunda Trampın xoşniyyətli olduğunu görüb: “Biz bu layihəyə 1 milyard 300-400 milyon dollar ödəmişik. F-35-ləri almaq istəyirik.”
Türkiyənin müdafiə büdcəsinin NATO-nun müəyyən etdiyi 2 faiz həddini keçdiyini vurğulayan Ərdoğan, “5 faizlik hədəfə ən yaxın ölkələrdən biriyik” deyib.
Rusiya-Ukrayna müharibəsinin ədalətli sülhlə sona çatmasının vacibliyini vurğulayan Ərdoğan, “Ədalətli sülhün məğlubu olmaz” ifadəsini işlədib.
İsrailin hücumlarını sərt tənqid edən Ərdoğan, “İsrail bölgəni qeyri-sabit hala salaraq öz xalqının təhlükəsizliyini təmin edə bilməz” deyib. Qəzzada 56 min insanın öldüyünü, 129 min insanın yaralandığını qeyd edib.
Ərdoğan İran-İsrail gərginliyində əldə olunan atəşkəsə dair Trampın təşəbbüsünü alqışlayaraq, “Atəşkəsin daimi sükunətə çevriləcəyinə ümid edirik” deyib.
Ərdoğan NATO Zirvəsi çərçivəsində ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Hollandiya və Rumıniya liderləri ilə görüşdüyünü, gələn il NATO Zirvəsinə Türkiyənin ev sahibliyi edəcəyini bildirib.
Ərdoğan çıxışını “Bölgəmizdə barışın bərqərar olması üçün nə lazımdırsa edəcəyik, həqiqətləri cəsarətlə söyləməyə davam edəcəyik” sözləri ilə yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət