Rusiyada 160 min nəfər hərbi xidmətə göndərilib
10:21 22.09.2025
Dünya
461
Rusiyada yaz çağırışı zamanı 160 min nəfər hərbi xidmətə göndərilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya silahlı qüvvələrinin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanskiy bildirib.
Onun sözlərinə görə, orduya payız çağırışı Vahid Hərbi Qeydiyyat Reyestrindən istifadə edilməklə aparılacaq: “Payız çağırışı oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək. Uzaq Şimalın bəzi rayonları və ona bərabər tutulan ərazilərdə oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək".
Rusiya MN rəsmisi payızda hərbi xidmətə çağırışın “xüsusi hərbi əməliyyat”la bağlı olmadığını da vurğulayıb. O, eyni zamanda, Rusiyada çağırışçıların hərbi xidmət müddətinin dəyişməyəcəyini də qeyd edib: "Müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılaraq yaşayış yerlərinə göndəriləcəklər. Çağırışçılar yalnız Rusiya daxilində birlik və hərbi birləşmələrə göndəriləcək. Çağırışçılar “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarına cəlb olunmayacaq. Payız çağırışı zamanı bildiriş üçün elektron çağırışlardan istifadə olunacaq. Rusiya vətəndaşlarının “Qosuslugi” saytındakı şəxsi hesablarına elektron çağırışlar barədə bildirişlər göndəriləcək. Elektron çağırışa 20 gündən sonra gəlməmək Rusiya vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat