Ərdoğan: İstanbulu BMT-nin mərkəzlərindən birinə çevirmək istəyirik
18:35 23.09.2025
Siyasət
391
“İnsanların bir daha müharibə fəlakəti yaşamaması üçün qurulan Birləşmiş Millətlər Təşkilatının (BMT) təməli içində olduğumuz bu qaranlıq dövrə işıq tutacaq dəyərlərlə doludur".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.
"Baş katib cənab Quterreşin Təşkilatımızı daha təsirli və səmərəli etmək üçün başladığı "BM80" təşəbbüsünə dəstəyimiz tamdır. Bu təşəbbüsün, BMT-nin bütün fəaliyyətlərini daha da gücləndirəcək bir proses kimi uğurla nəticələnməsini arzulayıram. Bu prosesə, İstanbulu bir BMT mərkəzinə çevirmə vizyonumuz əsasında da güclü dəstək verməyə hazırıq. BMT-nin 80-ci ildönümündə onu yenidən quruluş ruhuna qaytaracaq addımları atmaq hamımızın ortaq məsuliyyətidir. Biz, güclünün haqlı sayıldığı deyil, haqlının güclü olduğu bir nizam qurulana qədər “dünya beşdən böyükdür!” deməyə davam edəcəyik. Vəzifəmiz sistemi tərk etmək deyil, onu islah etmək, yenidən işlək hala gətirməkdir. Şübhəsiz ki, daha ədalətli bir dünya mümkündür. Türkiyə, “daha ədalətli bir dünyanın qurulması” uğrunda mübarizəsini səbir və qətiyyətlə davam etdirəcəkdir",-deyə Ərdoğan əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual