“Anladım. Tanıdım. Yaşadım” – Fazil Mustafadan yeni kitab
Yusif Nəzərli
06:57 25.09.2025
Ədəbiyyat
913
Azərbaycan ictimai-siyasi fikir həyatında özünəməxsus yeri olan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çıxıb.
Sherg.az xəbər verir ki, “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm də milli-mədəni düşüncə axtarışlarını əhatə edir.
Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə “AVE Print”də gün üzü görən nəfis kitab, müəllifin müxtəlif vaxtlarda qələmə aldığı esselərdən ibarətdir. Burada Fazil Mustafanın oxuduğu, öyrəndiyi, tanıdığı və birgə mübarizə apardığı şəxsiyyətlər haqqında düşüncələri təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı, millət və cəmiyyət fəlsəfəsinin aydın mənzərəsidir.
Kitab üç əsas bölmədən ibarətdir:
“Anladım” – müəllifin tarixdə və mədəniyyətdə dərin iz qoymuş şəxsiyyətlər haqqında esseləri;
“Tanıdım” – müəllifin şəxsən tanış olduğu və yaxından müşahidə etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi və dövlət xadimləri ilə görüşləri, fikir mübadilələri;
“Yaşadım” – Fazil Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır.
Müəllif son bölümdə özünə belə bir sual ünvanlayır: “Xeyirli ömür yaşadımmı?” – və “Yaşadım” deyə cavab verir.
“Anladım. Tanıdım. Yaşadım” bir müəllifin şəxsi təəssüratlarının toplusu olmaqla yanaşı, Azərbaycançılıq ideyasının, milli kimlik və mədəni yaddaşın, insan ömrünün fəlsəfi dəyərinin bədii-fəlsəfi ifadəsidir. Kitab oxucunu həm tarixin dərslərini anlamağa, həm çağdaş dönəmin insanlarını tanımağa, həm də öz ömrünü yaşamağa sövq edir.
Fazil Mustafanın yeni kitabı özünü və millətini dərk etmək istəyən oxucular üçün düşüncə, yaddaş kitabı kimi xarakterizə oluna bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat