ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İran ağır bir məğlubiyyət içindədir, tək qalıb və çaresizdir. O qeyd edib ki, İran qonşu ölkələrə hücum edərək ciddi səhvə yol verib.
Sherg.az xəbər verir ki, nazir İranın məktəb və xəstəxanalara raket atdığını iddia edərək, ABŞ-nin əsas hədəfinin raket və müdafiə obyektlərini məhv etmək, həmçinin İran donanmasını sıradan çıxarmaq olduğunu vurğulayıb.
Nazir həmçinin ABŞ hücumlarının bu gün ən intensiv səviyyədə olacağını açıqlayıb. Əlavə olaraq, son 24 saat ərzində İranın raket atışlarının ən az olduğu gün olduğu bildirilib. ABŞ Baş Qərargah rəisi də İranın hücumlarını gözlədikləri qədər “təhlükəli” hesab etmədiklərini deyib.