ABŞ səfiri: Türkiyə ilə əlaqələr yaxşılaşır
Yusif Nəzərli
11:47 10.03.2024
Gündəm
683
ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk NTV-nin Türkiyə-Amerika münasibətləri ilə bağlı suallarını cavablandırıb.
Sherg.az xəbər verir ki, cümə günü xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Antoni Blinken arasında keçirilən görüşdə iştirak edən Fleyk ABŞ və Türkiyə arasında münasibətlərin getdikcə yaxşılaşdığını bildirib.
ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk NTV Vaşinqton nümayəndəsi Hüseyn Günayın Türkiyə-Amerika münasibətləri ilə bağlı suallarını cavablandırıb.
F-16-ların Türkiyəyə satışını dəstəklədiyini ifadə edən Fleyk, bildirib ki, xüsusilə son aylarda iki ölkə ortaq sahələri inkişaf etdirdi. Müdafiə, ticarət və insanlar arası əlaqələrin yaxşılaşdığını görürük.
Xarici işlər naziri Hakan Fidanın Vaşinqtona səfəri zamanı F-35-lərin də gündəmdə olduğunu ifadə edən Fleyk sözlərinə belə davam edib: "Daha əvvəl də müzakirə edildiyi kimi, S-400-lər hələ də problem olaraq qalır. Biz bunun həll yolunu tapmaq istəyirik. ABŞ katibinin müşaviri Viktoriya Nuland təkliflər edib. Biz problemin öhdəsindən gəlmək istəyirik, sadəcə, hələ ki, uğur qazana bilməmişik”.
ABŞ səfiri bəyan edib ki, Türkiyə və Amerika Suriyada və regionda sülhün əldə olunması üçün əməkdaşlığa can atırlar.
"Türkiyə İŞİD-ə qarşı müharibədə mühüm müttəfiqdir. Türkiyə və Amerika Suriyanın şimalı məsələsində hər zaman həmfikir deyillər, lakin iki ölkə regionda sülhün təmin edilməsi və sona çatması üçün digər mövzularda əməkdaşlıq yollarını axtarır".
Fleyk Türkiyə ilə ABŞ arasında ticarət əlaqələrinin yüzdə 60 faiz artdığını vurğulayıb:
"İki ölkənin ticarət əlaqələri həqiqətən yaxşı gedir. 35 milyard dollarlıq bir həcmə çatıldı, bu əvvəlki illərlə müqayisədə yüzdə 60 faiz artım deməkdir. Hədəf 100 milyard dollar müəyyən edilib, bu, asan deyil, amma demək istərdim ki, bu templə davam etsək, buna nail olmaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə