ABŞ səfiri: "UNESCO azad olunan ərazilərə missiya təşkil etməlidir"
Yusif Nəzərli
12:29 24.11.2021
Gündəm
295
"Azərbaycan mədəniyyətinin mühafizəsi tarixində yeni səhifə açdığı zaman yardım göstərməkdən şad olarıq. Mədəni irsi müəyyənləşdirmək, kataloqlaşdırmaq, qorumaq və bu ərazilərdə turizm potensialını inkişaf etdirmək istiqamətində ən son texnologiyalarla bağlı tövsiyələrimizi verə bilərik".
"Report" xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanla bağlı müsbət təəssüratlarından biri də ölkənin müxtəlif mədəniyyətlərə göstərdiyi hörmətdir: "Bu ərazilərdə minilliklər ərzində çoxsaylı xalqlar yaşayıb. Bunun nəticəsində Azərbaycanda İslam, xristian və yəhudi dinindən olanlar tarixi mülklərindən istifadə edib. Bunların hamısının eyni zamanda mühafizəyə ehtiyacı var".
Səfir bildirib ki, abidələrin bərpası və mühafizəsi xalqın kimliyini müəyyənləşdirir: "Ağdam, Füzuli və azad edilən digər ərazilərdə bərpa işləri başlananda bəzi şəkilləri görmüşəm. Əminəm ki, Azərbaycan müxtəlif insanların tarixi-mədəni irslərinin mühafizəsinə eyni dərəcədə diqqət və qayğı ilə yanaşacaq. Bura azərbaycanlı, ermənilər və digər xalqlar daxildir. Bu yerlərdə dini abidələrə dəyən ziyanla bağlı narahatedici şəkillər, hesabatlar görmüşük. Düşünürük ki, UNESCO və digər ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməlidir. İlk addım olaraq buna ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region