ABŞ səfirliyindən Türkiyəyə səyahət xəbərdarlığı

"United States Embassy Ankara" Türkiyə ilə bağlı səyahət xəbərdarlığı yayımlayıb. Bildirilib ki, artan təhlükəsizlik risklərinə görə Cənub-Şərqi Anadolu bölgəsinə səyahət etməmək tövsiyə olunur və bu ərazi üçün xəbərdarlıq səviyyəsi “Səviyyə 4 – Səyahət etməyin” kimi müəyyənləşdirilib.

Sherg.az xəbər verir ki, bununla yanaşı, Türkiyə üzrə ümumi səyahət xəbərdarlığı dəyişdirilməyib və “Səviyyə 2 – Əlavə ehtiyatlı olun” səviyyəsində saxlanılıb.

Səfirlik həmçinin təcili vəzifəsi olmayan ABŞ hökumət əməkdaşları və onların ailə üzvlərinin "United States Consulate General Adana"dan ehtiyat məqsədilə ayrılmasını istəyib.