Amnistiya Aktının tətbiq olunması qadağan edilən cinayətlərin növləri açıqlanıb
Yusif Nəzərli
06:59 24.11.2021
Gündəm
677
"Amnistiyanın tətbiqi ilə əlaqədar bir sıra məhdudiyyətlər də müəyyən edilib".
"Report"un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.
O bildirib ki, bu məhdudiyyətlər sırasına xüsusilə ağır cinayətlər, yəni cəza qismində on iki ildən çox azadlıqdan məhrum etmə nəzərdə tutulan əməllər, yaxud əvvəllər ağır cinayətlər, yəni yeddi ildən çox azadlıqdan məhrumetmə ilə cəzalandırılan əməl törədən şəxslər daxildir: "Bundan başqa, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya tətbiq olunması qadağan edilib.
Beynəlxalq öhdəliklərə uyğun olaraq korrupsiya cinayətlərinə Amnistiya Aktının tətbiqi olduqca məhduddur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə və mülkiyyət əleyhinə olan cinayətləri törədən şəxslərə aktın tətbiqi yalnız məhdud şəkildə qalmış cəzadan azad edilməsi halında mümkündür. Məhdudiyyətlər sırasında alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən məcburi müalicə təyin olunmuş şəxslərlə bağlı hallar da vardır. Bu qəbildən olan şəxslər barəsində 4 ay müddətində amnistiya tətbiq edilməli, lakin həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir".
Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region