Ukrayna ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı sonuncu sülh planı layihəsinə cavabını Amerika tərəfinə təqdim edib.
"Report"un məlumatına görə, bunu "Axios"un jurnalisti Barak Ravid rəsmilərə istinadən X sosial media platformasında yazıb.
"Ukrayna ABŞ-nin sülh planının sonuncu layihəsinə cavabını çərşənbə günü Tramp administrasiyasına təqdim edib, Ukrayna və Amerika rəsmiləri mənə bildiriblər", o qeyd edib.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessent, Amerika liderinin kürəkəni Cared Kuşner və BlackRock-un baş direktoru Larri Finklə onlayn görüş keçirdiyini açıqlamışdı.
Tərəflər, qeyd olunduğu kimi, Ukraynanın bərpasının əsas aspektləri və mexanizmləri barədə fikir mübadiləsi aparıblar.