Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə olunub
Yusif Nəzərli
16:25 29.08.2022
Gündəm
523
Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib.
Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir.
Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb.
Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir.
Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır.
Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm