
Azərbaycan su böhranı ilə üz-üzədir
Yusif Nəzərli
04:20 07.03.2023
Gündəm
795
Çaylar, göllər quruyur, su ehtiyatı minimuma düşüb
“Qlobal quraqlıq və istiləşmə dünyanın qapısını kəsdirib, ən ağır vəziyyətdə olan ölkələrdən biri də bizik”
“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq. Su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir”. Bu fikri TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında AMEA-nın vitse-prezidenti İradə Hüseynova səsləndirib. O qeyd edib ki, hər il artan səhralaşma böyük narahatlıq doğurur: “Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”. İ.Hüseynova qeyd edib ki, 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən ekoloji genosidə məruz qalıb və bu da biomüxtəlifliyə ciddi ziyan vurub. Azərbaycan dövləti hazırda həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir: "Biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir. Biomüxtəlifliyin qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Azərbaycanda çox mühüm qanunlar, qərarlar qəbul olunub”.
Qeyd edək ki, Kür çayının suyunun azalmasıyla bağlı son vaxtlar sosial şəbəkələrdə məlumat, həmçinin reallığı əks etdirən fotolar yayılır. Könül Alı adlı istifadəçi belə bir paylaşım edib. Kür çayının quruduğunu əks etdirən fotoya istifadəçi bu şərhi yazıb: “Bu, Salyan tərəfdə çəkilmiş fotodur. Kür çayı yoxdur artıq. Su olmadığı üçün nasoslar işini dayandırıb. Çayın məcrasında olan su isə kanalizasiya və qrunt sularıdır. Çox təəssüf. 3 ölkədən keçən, kəndləri yuyub aparan “dəli Kür”, monitorinq etdiyimiz kiçik Pirsaat çayı kimi qurumağa başlayıb. Çox gecikmişik. “Kürdə su hər qış azalır” deyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, su indi azalmır, su, ümumiyyətlə yox olub!”.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev isə deyib ki, son illərdə Kür çayının suyunun azalması, ilk növbədə, iqlim dəyişikliyi ilə bağlıdır: "İqlim dəyişikliyi 30 ildə çaylarımızda suyun 15 faiz azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan istifadə də istisna edilmir. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır". Rafiq Verdiyevin sözlərinə görə, bütün bu amillərlə yanaşı qonşu ölkələrdə sudan istifadənin də bu azalmada rolu var: "Qanıx çayı Kürün əsas qoludur, Gürcüstan ərazisindən daxil olur. Oradan 30 faizə qədər su gəlir. Amma artıq qar əriyir, yaz yağışları yağır və son günlərdə Kür çayının yuxarı axarında, Qanıx çayının suyunda artım müşahidə edilir. Ehtimallara görə, yaxın günlərdə, yaz dövründə Kürün suyunun artması gözlənilir". "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdəki bütün çayların hövzələrində qarölçmə işləri aparılır. İlkin qiymətləndirməyə görə, qar ehtiyatları çoxdur. Artıq son iki gündə Kürün suyunda da artım müşahidə edilir. Ona görə, qısa zamanda Kür çayının aşağı axınında da suyun artmasına ümid edirik", - deyə Rafiq Verdiyev qeyd edib.

Sosioloq, “Sağlam Cəmiyyət” Hərəkatının sədri Elçin Bayramlı isə “Şərq”ə açıqlamasında qeyd etdi ki, 10 ildən çoxdur bu günlərin gələcəyi haqda həyəcan təbili çalınsa da, heç bir iş görülmədi:
- 10 ildən artıqdır ki, həyəcan təbili çalırıq. Lakin nə “Azərsu”, nə də digər qurumlar veclərinə aldı. Həmin o gün gəlib çatdı artıq. Buyurun, ölkəmiz su böhranı ilə üz-üzədir. Çaylar, göllər quruyur, su ehtiyatı minimuma düşüb, bu il bizi nələr gözlədiyini sizə izah edə bilməyəcəm, onsuz da çoxunuzun ürəyi xəstədir. Qlobal quraqlıq və istiləşmə dünyanın qapısını kəsdirib, ən ağır vəziyyətdə olan ölkələrdən biri də bizik. Çünki əvvəla, biz hər kv/kilometrə və hər min nəfərə düşən su ehtiyatına görə kasad ölkəyik, Qafqazda ən axırıncı yerdəyik. İkincisi, əksər ölkələr əvvəldən preventiv tədbirlər həyata keçirib, biz isə yatıb gözləmişik. Üçüncüsü, bu gündən başlasaq belə vəziyyətdən çıxmağa illərlə vaxt tələb olunacaq. Ümid Allaha qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya