
Azərbaycanda Ərdoğana rəğbət rekord həddə çatıb – NİYƏ?
Yusif Nəzərli
11:08 28.04.2023
Gündəm
526
“Ərdoğan İkinci Qarabağ savaşında komandası ilə birlikdə birbaşa və açıq şəkildə bizə dəstək verdi”
Azərbaycanda respondentlərin 90.4 faizi mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini arzulayır.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub.
Qurumun İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib: "Onların 5.1 faizi Kamal Kılıçdaroğlunu, 0.8 faizi Məhərrəm İncəni, 0.1 faizi Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5 faizi hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib.
İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5 faizi, Sinan Oğanı tanıyanların 89.8 faizi, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8 faizi prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib".

Sorğunu "Sherg.az"a dəyərləndirən politoloq Samir Hümbətov vurğulayıb ki, əhalinin Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə Ərdoğanın qalib gəlməsini istəməsinin bir neçə səbəbi var:
"Birincisi, Ərdoğan İkinci Qarabağ savaşında komandası ilə birlikdə birbaşa və açıq şəkildə bizə dəstək verdi. Digər tərəfdən Ərdoğanın tutduğu strateji xətt, Azərbaycanın xarici siyasətinə uyğundur. Yəni Ərdoğan tutduğu strateji xətlə milli və dini baxımdan sintez olunmuş bir siyasət yürüdür. Bu da yaxın çevrə siyasəti ilə üst-üstə düşür".
Analitik əlavə edib ki, Türkiyə artıq regionun əsas güclərindən birinə çevrilib:
"Həmçinin Ərdoğan hökuməti bir çox sahələrdə Azərbaycanla açıq əməkdaşlığa üstünlük verir. Bunlar hərbi-sənaye, iqtisadi, siyasi, mədəni və.s sahədə olan əməkdaşlıqlardır. Bu bir neçə aspekti dəyərləndirəndə Ərdoğana qarşı Azərbaycan cəmiyyətində niyə belə rəğbətin olduğunu görə bilərik. İkinci Qarabağ savaşından sonra isə bu rəğbət rekord həddə çatıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət