Azərbaycanda gömrük generalına qarşı DƏLƏDUZLUQ
Yusif Nəzərli
10:50 06.04.2023
Gündəm
582
Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı dələduzluq edilib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, külli miqdar təşkil edən dələduzluğa görə Vladimir Müslümov ittiham olunur.
İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağını vəd verib. Razılaşmaya əsasən, Vəzir Həsənov dördotaqlı ev almaq üçün 391 min 754 manat verib. Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib.
General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır.
Baxış iclasında zərərçəkmiş general Vəzir Həsənov ifadə verib.
General deyib ki, təqsirləndirilən şəxsi Şahin adlı tanışı vasitəsilə tanıyıb, əvvəllər ədavəti olmayıb:
“Vladimirlə evimin həyətində görüşdüm. Dedi, Səbail rayonunda bina tikir, sərfəli qiymətlə mənə mənzil sata bilər. Dördotaqlı ev almaq üçün 391 min 754 manat verdim. Pulu götürüb getdi, ancaq vədinə əməl etmədi”.
İttiham aktına görə, Vladimir Müslümov generalın bacanağı İnqilab Əliyevə qarşı da dələduzluq edib.
Zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.
Qeyd edək ki, Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir.
O, əvvəllər Tovuz Gömrük İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya