Azərbaycanda təhsilalma səviyyəsi AÇIQLANDI
Yusif Nəzərli
14:02 25.11.2021
Gündəm
443
“Azərbaycanda təhsilalma 98-99 faiz aralığındadır. Uşaqların məktəbə getmək, təhsil almaq imkanlarının məhdudlaşdırılması halları yoxdur”.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
H.Hüseynov bildirib ki, dövlət tərəfindən kifayət qədər infrastruktur yaradılıb, məktəblər tikilir, təmir edilir:
“Bu mövzuda gender məsələsi də çox önəmlidir. Bu gün dünyada təhsilə çıxış imkanları olmayan şagirdlərin təxminən üçdə birini qız uşaqları təşkil edir. Biz əgər müasir əmək bazarının tələblərinə baxsaq, inklüziv formada həyata keçirilən layihələrin böyük əhəmiyyətinin olduğunu görərik. Bu layihələr şagirdlərin məktəbdəki bilikləri ilə yanaşı, həm də onların əlavə bacarıqlarının artırılmasına, inkişafına xidmət edir”.
“Qlobal iqtisadi forumunun hesablamalarına görə, bu gün məktəbə gedən şagird - on bir illik təhsil, daha sonra bakalavr, magistratura təhsilini oxuduğu iyirmi illik dövrdən sonrakı əmək bazarına daxil olanda mövcud olan peşələrin təxminən 70 %-i qədəri həmin vaxtda mövcud olmayacaq. Bu o deməkdir ki, uşaqlarda istedad erkən yaşda müəyyənləşdirilməlidir.
Orta məktəbdə onların bilik və bacarıqları ilə paralel əlavə bacarıqları da formalaşdırmalıdır ki, artıq gələcəkdə ixtisas seçimi prosesində müasir trendləri, innovativ yanaşmaları özündə əks etdirən ixtisas seçimi edə bilsinlər. Həmçinin bizim də gələcəkdə əmək bazarında artıq ixtisaslı işçiyə təlabatımızda ciddi boşluq yaranmasın”- nazirlik rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm