Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib
10:51 07.05.2023
Gündəm
511
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, Milli Qəhrəmanın ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, tələbələr, məktəblilər və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhid zabitin şərəfli ömür və həyat yolundan, həmçinin 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq və şüacət nümunələrindən danışıblar.
Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə İ.Mirzəyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Sonra şəhid polkovnik İ.Mirzəyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. Şəhid zabitin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri ifa olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət