Bakıda məktəbdə uşaqları narkotikə qurşadan şəxs aşkarlanıb?
Yusif Nəzərli
11:37 19.11.2021
Gündəm
574
Bakıda şagirdləri narkotik, siqaret və spirtli içkilərə vərdiş etdirən şəxslərin saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, hadisə Xəzər rayonunda yerləşən məktəblərin birində baş verib.
İddia edilib ki, həmin şəxslər məktəbin informatika müəllimi tərəfindən aşkarlanıb və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarına məlumat verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ümumiyyətlə adı qeyd edilən müəllimin Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə yazıda iddia edildiyi mövzuda şikayəti və müraciəti daxil olmayıb:
“Qeyd edilən yazıda göstərilən məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir.
Həmin məktəbin, məktəbin yaxınlığında və ümumiyyətlə ölkə üzrə hansısa bir orta məktəbin yaxınlığında narkotik vasitələrin satıldığı barədə bu günə qədər polis əməkdaşlarına məlumat daxil olmayıb. Sosial şəbəkələrdə və saytlarda bu mövzuda paylaşılan məlumatların hər biri tam araşdırılıb. Lakin həmin məlumatlar da təsdiqini tapmayıb.
Xəzər rayonunda yerləşən 322 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı isə, orada yuxarı sinif şagirdi olan bir nəfər dərsdən yayındığı üçün adıçəkilən müəllim tərəfindən dərsdən sonra ona irad bildirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya