Bakının sürüşmə zonaları... - Nəzarətdə saxlanılmalıdır!
Yusif Nəzərli
11:41 30.08.2022
Gündəm
824
Bakının sürüşməyə meyilli zonaları bəllidir
Hadisə təkcə təbii səbəblərdən deyil, həm də texnogen səbəblərdən baş verir
"İnsan amili həmişə müəyyən rol oynayır. Adını çəkdiyimiz ərazilərdə vaxtilə qanunsuz evlər tikilib, bəzi yerlərdə kanalizasiya suları hələ də əsas kollektora daxil edilmədən birbaşa axıdılır"
"Paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsində yamacda baş verən hadisə torpaq sürüşməsi deyil". Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Onun sözlərinə görə, hadisəyə səbəb həmin ərazidə olan evlərin birində həyətin həddən artıq sulanması olub: "Bizim əməkdaşlar həmin əraziyə cəlb olunub və hadisəni analiz ediblər. İntensiv suvarma nəticəsində yamacın başındakı daş parçası yola düşüb. Artıq yol təmizlənib, heç bir problem yoxdu. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Yasamal rayonunun Qurban Xəlilov küçəsindəki yamacda sürüşmə baş verməyib. Orada nə sürüşmə, nə də uçqun prosesinin potensialı yoxdur. Ərazi dayanıqlı vəziyyətdədir". Xatırladaq ki, ötən gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsindəki yamacdan yola torpaq və qaya parçası tökülüb. Hadisə səhər saat 6 radələrində baş verib. Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib. Yerli əhali bunu torpaq sürüşməsi hesab etsə də, Geoloji Kəşfiyyat Xidmətinin rəisi narahatlığa əsas olmadığını, ərazidə torpaq sürüşməsi, uçqun üçün heç bir potensial olmadığını deyib.
Hadisə ilə bağlı “Sherg.az"a açıqlama verən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd etdi ki, paytaxtın sürüşməyə meyilli zonaları bəllidir:
"Bunlar Səbail rayonu, Teleqüllənin ətrafı, Şəhidlər Xiyabanı ərazisi, Bayıl qəsəbəsi, Badamdar qəsəbəsi, Bibi-heybət yolu, Zığ şossesi, Əhmədli yaylası, “Günəşli” qəsəbəsi ərazisidir. Məlumdur ki, bu ərazilərdə bir neçə dəfə torpaq sürüşməsi baş verib, yol çöküb. Evlər qəzalı vəziyyətə düşüb. Sürüşmə təhlükəsi olan ərazilərdə bir neçə il əvvəl bərkitmə işləri aparıldı, svaylar vuruldu. Bunlar sürüşmənin qarşısını müəyyən qədər alır. Lakin sürüşmə təkcə təbii səbəblərdən deyil, həm də texnogen səbəblərdən baş verir. İnsan amili həmişə müəyyən rol oynayır. Adını çəkdiyimiz ərazilərdə vaxtilə qanunsuz evlər tikilib, bəzi yerlərdə kanalizasiya suları hələ də əsas kollektora daxil edilmədən birbaşa axıdılır. Həyətyanı sahələr suvarılır, bunlar da yağış suları, qrunt suları ilə birləşdikdə torpağın alt qatını getdikcə yumşaldır, nəticədə sürüşmə baş verir. Bu məsələlər daim əlaqədar qurumların diqqət mərkəzində olmalıdır. Köhnə tikililərin su-kanalizasiya sistemi yoxlanmalıdır, baxılmalıdır ki, sular hara axır, hara toplanır. Daimi nəzarət olsa, gözlənilməz hallar da az baş verər. Əlbəttə ki, yolda çatların əmələ gəlməsi, yolun çökməsi təhlükədən xəbər verir. Bu hallar heç nədən baş vermir. Bir əsas, səbəb var, deməli. Hesab edirəm ki, yerli orqanlar, həmçinin cavabdeh qurumlar məsələylə ciddi maraqlanmalı, təhlükə yaradan amillər aradan qaldırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm