BMT: Rusiya və Ukrayna ilə əldə olunan razılaşmalar bir-birinə uyğun gəlmir

"Ukraynadakı münaqişə hələ də həllə yaxın deyil".

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş “Reuters Next“ konfransındakı çıxışında bildirib.

A. Guterreş deyib ki, ABŞ-nin vasitəçilik səylərinə baxmayaraq, Moskva və Kiyev ilə əldə olunan razılaşmalar bir-biri ilə uzlaşmır:

“Bir razılaşma Rusiya ilə imzalanır, sonra başqası Ukrayna ilə əldə olunur və onlar bir-birinə uyğun gəlmir. Daha sonra tərəflər yenidən Rusiyaya qayıdırlar. Açığı, hesab edirəm ki, hələ də həllə çox uzağıq”.

Baş katib qeyd edəb ki, tərəflər arasında real və uyğunlaşdırılmış razılaşma əldə olunmadan münaqişənin siyasi yolla nizamlanması mümkün olmayacaq.