Ceyhun Bayramov BMT rəsmisilə görüşüb
Ceyhun Bayramov BMT rəsmisilə görüşüb
18:03 05.03.2023
Gündəm
470
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının direktoru Taffere Tesfaçiu ilə görüşüb.
Bu barədə Sherg.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji yardımların rolu, o cümlədən bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycanın humanitar yardımların göstərilməsi, o cümlədən ən az inkişaf etmiş ölkələrin inkişafına yardım istiqamətində həyata keçirdiyi layihələr, təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Bu xüsusda, ən az inkişaf etmiş ölkələrdə insan kapitalının inkişafına hədəflənən inkişafa yardım layihələrinin prioritet əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif, o cümlədən təhsil, səhiyyə, infrastruktur, idarəetmə sahələrində beynəlxalq yardım proqramlarını həyata keçirdiyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən göstərilən səylər və Ermənistan tərəfinin təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Direktor Taffere Tesfaçu, BMT-nin Ən az inkişaf etmiş ölkələr üçün Texnologiya Bankının fəaliyyəti və prioritetləri barədə məlumat verərək, Bankın əsas məqsədinin dünyanın az inkişaf etmiş ölkələrinə texnoloji yardımların edilməsi ilə onların iqtisadi, sosial inkişafına dəstək göstərmək olduğunu bildirib. Azərbaycanın bu istiqamətdə beynəlxalq yardım siyasətinin təqdirəlayiq olduğunu bildirən Taffere Tesfaçu, bu xüsusda qlobal səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya