Ceyhun Bayramov Hakan Fidanla birgə Bakıdan QDİƏT-in iclasına qatılıb

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla birlikdə Bakıdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasına qatılıb.

APA xəbər verir ki, bu barədə XİN-dən bildirilib.