Ceyhun Bayramov koreyalı rəsmi ilə müzakirələr apardı - FOTO
Yusif Nəzərli
12:46 22.11.2021
Gündəm
306
Xarici işlər naziri Ceyhun Bayramovun Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park ilə görüşü baş tutub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Koreya Respublikası ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə tərəflər Azərbaycan və Koreya Respublikası arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə, xüsusilə də energetika, infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, alternativ enerji, investisiya, tikinti, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Koreya Respublikasının iqtisadi əməkdaşlıq baxımından ölkəmiz tərəfindən prioritet ölkə kimi qiymətləndirildiyini qeyd edən nazir Ceyhun Bayramov dövlət səviyyəsində qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının mövcud münasibətlərə daha da təkan verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi.
Ceyhun Bayramov 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi və nəticədə, bölgədə yaranmış reallıqların yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaratdığı barədə həmkarını məlumatlandırıb.
Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.
Çong Soo Park Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə oldunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib.
Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya