Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə Sherg.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.