Dəftərxana ləvazimatları vergidən azad edilə bilər - RƏSMİ
Yusif Nəzərli
11:39 19.11.2021
Gündəm
437
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlıdır. Belə ki, təklif edilmiş dəyişikliyə əsasən, kitabların (elektron kitablar istisna olmaqla), dərslik komplektlərinin, həmin malların (məhsulların) istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalının və satışının, habelə bu məhsulların istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Mövcud qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, habelə qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-yə 18 % dərəcə ilə cəlb edilir. Yeni təkliflərdə isə KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi yer alıb.
Bundan əlavə, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin də (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunması təklif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya