Deputatlarımız İrəvanda hansı mesajları veriblər? – “Ermənistan mövcudluğunu qorumaq istəyirsə…”
Yusif Nəzərli
11:52 22.02.2022
Gündəm
730
Bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxış edib.
T.Mirkişili bildirib ki, region ölkələri arasında yaxşı əlaqələr qurulmalıdır. Bunun üçün də Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin iki deputatı Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST PA çərçivəsində iclasda iştirak etmək üçün İrəvanda səfərdədirlər. Erməni sakinlər Azərbaycan rəsmilərinin ziyarətinə etiraz ediblər. İrəvan polisi etirazlara müdaxilə edib.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistana verdiyimiz fürsəti izah edib:
“BMT-nin və ATƏT-in təməl sənədlərinə uyğun olaraq hər bir ölkə digər dövlətlərin ərazi bütövlüyünü tanımalıdır. Əksi olsa, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Deputatımız Azərbaycanın hər zaman hüquqi qaydalara əsaslandığını ifadə edib. Azərbaycanın mövqeyi birmənalıdır. Biz sülh istəyirik. Əməkdaşlıq və tərəfdaşlıq istəyirik. Bu, Ermənistan üçün bir şansdır. Nəticədə rəsmi İrəvan sülh istiqamətində zəruri addımları ataraq öz mövcudluğunu qoruya bilər”.
Millət vəkili deputatlarımızın İrəvanda qarşılaşdığı etirazlardan bəhs edib:
“Qarabağ klanı”nın hərbi cinayətkarların təmsilçiləri etiraz etmək istəyirdilər. Amma onlar 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra seçkilərdə ermənilərin dəstəyinə malik deyillər. Hərbi cinayətkarlar, Koçaryan və Sarkisyan Qarabağ mafiyasının nümayəndələridir. Onlar artıq beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalıdır”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm