Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının TBMM Qrup Toplantısında çıxış edib. Sherg.az xəbər verir ki, çıxışında CHP sədri Özgür Özələ etiraz edən Ərdoğan belə deyib:
“Nəymiş, DEM Partinin prosesə töhfə verməsi guya Stokholm sindromu imiş. Cənab Özəl, əgər cəsarətin varsa və cəllad görmək istəyirsənsə, aynaya bax, öz tarixinə bax, CHP-nin keçmişinə bax. Cəlladı orada görəcəksən.”
Barzaninin Şırnak səfərinə də toxunan Ərdoğan əlavə edib:
“Cənab Baxçalını hədəf alan dünənki həddini aşan açıqlamanı qəbuledilməz hesab etdiyimizi bildirmək istəyirəm. Bu məsələ ilə bağlı narahatlığımızı çatdırdıq. İzahat verilməsini istədik. Bu ağır səhvdən geri dönülməlidir.”