Ərdoğan İsveçin yeni səfirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin yeni səfiri Malena Mardı qəbul edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfir ölkə başçısına etimadnaməsini təqdim edib.