Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir
10:52 27.08.2022
Gündəm
406
Hikmət Hacıyev: “Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib”
“Şuşada keçirilən konfrans çərçivəsində bizim humanitar yardım gündəliyimiz də ictimaiyyətin diqqətinə çatdırılır. Xüsusən Ermənistanın işğal dövründə həyata keçirdiyi vandallıq siyasəti barədə tədbir iştirakçıları məlumatlandırıldı. Onlar yol boyunca dağıdılmış ərazilərlə tanış oldular. Dağıntılarla yanaşı, Ermənistanın bu illər uzunu həyata keçirdiyi minalama siyasəti və bunun nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlər, onun təmizlənməsi ilə bağlı problemlər barəsində ətraflı məlumat verilir”.
APA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir: “Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib. Bu yaxınlarda “Qisas” əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Yalnız bir məntəqədə 900-dən artıq piyada əleyhinə mina müəyyən edildi. Bunlar 2021-ci ildə Ermənistan ərazisində istehsal edilib. Bu, onu göstərir ki, Ermənistan riyakarcasına minalama siyasətini hələ də davam etdirir. Həmçinin, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğu və bunun regional sülh üçün yarada biləcəyi potensial risklər, xüsusən də cənab Prezidentin gündəliyində itkin düşən şəxslər mövzusu daim aktualdır. Cənab Prezident tərəfindən xarici tərəf müqabilləri və dövlət başçıları ilə təmasları zamanı bu mövzu davamlı şəkildə qaldırılır. Çünki post-münaqişə reallığında barışığın və ədalətin təmin edilməsinin başlıca meyarlarından biri də məhz itkin düşmüş şəxslər mövzusuna Ermənistan tərəfindən cavab verilməsidir. Buradakı kütləvi məzarlıqların yeri barədə Ermənistan hökumətində məlumat var, amma Ermənistan bunu gizlədir. O yerlər haqqında məlumat verilərək, qalıqların eksqumasiyası həyata keçirilərək, DNT analizləri vasitəsilə ailələrə məlumat verilməlidir. Bu məsələ də gündəliyimizdə aktiv mövzu olaraq qalmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya