Ermənistan Zəngəzur dəhlizinə niyə diversant göndərdi? – Paşinyanın gizli planı
08:34 27.05.2023
Gündəm
504
Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətində təxribat-diversiya qrupu göndərib, sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni hərbçi saxlanılıb. İrəvan uzun müddət sonra təxribat fəaliyyətini açıq müstəviyə keçirir və bunun həm hərbi, həm də siyasi hədəfləri var:
Hərbi hədəf: diversiya qrupunun tapşırıq icra etmək üçün gəldiyi aydındır;
- Ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq: bu, mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsidir;
- Hərbi qulluqçularımıza, yaxud hərbi strukturlara qarşı terror hücumunun təşkil edilməsi;
Siyasi hədəf: Ermənistan danışıqlar prosesini pozmaq, sülh gündəmini arxa plana keçirmək istəyir; təxribatın Moskva görüşündən sonra, Kişinyov görüşündən öncə olması da buna hesablanıb;
- İrəvan Fransanın iştirak edəcəyi Kişinyov görüşünə böyük ümidlər bəsləyirdi, lakin buna qədər Brüssel və Moskvada oyunun dəyişdiyi, Ermənistanın Qarabağ və kommunikasiyaların açılması məsələsindəki mövqelərinin zəiflədiyi müşahidə edilir;
- 1 iyunda sülh sazişinin imzalana biləcəyini Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra elan etmişdi, lakin Kişinyov görüşünə bir neçə gün qalmış ritorika dəyişdi; sülh sazişinin imzalana biləcəyini bu dəfə rəsmi Bakı deyir, rəsmi İrəvan təkzib edir, bu dəyişiklik Ermənistanın Kişinyov planının baş tutmayacağını anladığını da göstər;
- Və belə bir situasiyada təxribat-diversiya qrupunun göndərilməsi hərbi eskalasiyanı körükləyəcək, masadakı müzakirələri ikinci plana keçirəcək gedişinin edilməsidir;
Diversiya qrupunun Zəngilan istiqamətində - Zəngəzur dəhlizinin olduğu bölgəyə hücum etməsi təsadüfi deyil və bunun Moskva görüşündən sonra baş verməsi müəyyən ehtimalları da önə çıxarır.
Moskvada əsas müzakirə mövzusu kommunikasiyanın açılması, bu prosesdə maneə kimi görünən Zəngəzur dəhlizi məsələsi idi. Görüşlə haqındakı yazımızda da qeyd etmişdik: dəhlizlə bağlı Ermənistanın önünə müəyyən sənədlərin qoyulduğu və bunun “dəhliz terminologiyası”ndan imtina edilməsi qarşılığında “maneəsiz keçid”in yollarının tapılmasından ibarət olduğu istisna deyil; İşçi qrupunun gələn həftə keçiriləcək görüşündə detallar müzakirə olunacaq;
Ermənistanın təxribata əl atması Zəngəzur dəhlizi ilə bağlı müzakirə mərhələsində olan sənədi gündəlikdən çıxarmağa hesablana bilər. Və mümkündür ki, diversiya qrupunun əsas tapşırığı dəhlizin Azərbaycan tərəfdə inşa edilən hissəsində təxribatlar törətmək, sahədə işi, masada siyasi prosesləri dayandırmaq olub.
Asif Nərimanlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət