Hikmət Hacıyev: "Laçın yolunda sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür"
15:00 12.03.2023
Gündəm
439
"Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən bəri Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar aksiya keçirirlər: "Cənab Prezidentin dediyi kimi, bu şərəfli bir missiyadır. Qarabağdan təbii sərvətlərimiz talan olunub gözümüzün qabağında Ermənistana daşınırdı. Hansı suveren ölkə buna dözər?
Bu, dinc bir aksiyadır, ora qatılanların avtomatı, topu-tankı yoxdur və qanuni tələblər irəli sürürlər.
Amma Ermənstan indi də yeni bir narrativ ortalığa atıb. Guya Laçın yolunda “blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “genosid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3 600-dan çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?"
"Ermənistan bu tipli narrativlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ də var: “Qarabağ bütün dünyadan təcrid olunub”. Bu adamlar başa düşmür ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt deyil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur.
Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi", - Azərbaycan Prezidentinin köməkçisi deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya