Hikmət Hacıyev: “Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir"
10:48 27.08.2022
Gündəm
375
“Prezident İlham Əliyev hər zaman vurğulayır ki, nəyi, nə zaman, necə və nə cür etməyi yaxşı bilir və edir. Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi, Zabux və Sus kəndlərinə Ordumuzun yerləşməsi, yəni bu yaşayış məntəqələrinin ölkəmizin tam nəzarətinə keçməsi bunu bir daha göstərir”.
APA-nın xəbərinə görə, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən geniş təbliğat aparılır, dezinformasiyalar, manipulyasiyalar var: “Beynəlxalq ictimaiyyət çaşdırılır, yanlış məlumat verilir. Orada yaşayan ermənilərin qeyri-qanuni məskunlaşma siyasətinin tərkib hissəsi olduğu, qeyri-qanuni məskunlaşmanın isə Cenevrə Konvensiyası və beynəlxalq hüquqa görə, əslində, müharibə cinayəti olması kimi faktlar da beynəlxalq ictimaiyyətə çatdırıldı. Bütün bunların hamısı razılaşmalar əsasında atılmış addımlardır. Bu, üçtərəfli Bəyanatda da müəyyən olmuş şərtlərdən biridir və Azərbaycan Respublikası Laçın şəhəri üzərində də öz suverenliyini tam şəkildə bərqərar etmiş oldu. Prezident nəyi, nə zaman edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi və ölkəmizin digər resurslarından istifadə edərək, xalqımızı bu hədəflərə çatdırır. Prezidentin dünənki tviti müharibə dövründə yaşadığımız sevincləri hər bir Azərbaycan vətəndaşına bir daha yaşatmış oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya