Hulusi Akar: “Başda Azərbaycan olmaqla dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik”
22:31 15.04.2023
Gündəm
492
“Biz təkcə terrorla mübarizədə deyil, eyni zamanda başda Azərbaycan olmaqla, Liviya, Somali, Qətər, Kosovo və Bosniyadakı dost və qardaşlarımızın haqq işində dost və qardaşlarımızın yanında olmağa davam edirik və davam edəcəyik”.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Mehmetçik 24 iyul 2015-ci il tarixindən bu günə kimi 37 min 732 terrorçunu zərərsizləşdirib. Zərərsizləşdirməyə də davam edir. Mehmetçik təkcə terrorla mübarizə deyil, bütün dənizlərimizdə, səmamızda, ölkəmizi, millətimizi qorumaq üçün gözünü qırpmadan “ölsəm şəhidlik, qalsam da qazi olmaq anlayışı ilə” mübarizəsini davam etdirir.
Hər birinizin bildiyi kimi, dünyada bəzi problemlər mövcuddur. Təhlükəsizlik problemləri var, bir sıra hadisələr baş verir. Türkiyə Cümhuriyyəti Prezidentimizin (Rəcəb Tayyib Ərdoğanın - red) rəhbərliyi ilə iqtisadi, hərbi və təhlükəsizlik sahələrində beynəlxalq münasibətlərin subyektinə çevrilib. Türkiyə olmadan bölgəmizdə heç bir problemi həll etmək mümkün deyil. Ona görə də Türkiyə əvvəlkindən daha güclü və böyük olmalıdır. Güclü Türkiyə, böyük bir Türkiyə üçün. Bunun üçün hamımız daha çox çalışmalıyıq”, - nazir vurğulayıb.
“Hazırda mehmetçik böyük müvəffəqiyyətlə terrorçuların bütün yuvalarını, sığınacaqlarını, daldalanacaqlarını dağıdıb və dağıtmaqda da davam edir. Terrorçular eyni yerdə 2 gecə yata bilmirlər. İnşallah bu mübarizənin sonunda ölkəmizi, millətimizi 40 ildir millətimizin başına gələn bu bəladan xilas edəcəyik. Buna heç kimin şübhəsi olmasın.
İraqın şimalındakı terror düşərgələri, Suriyanın şimalındakı terror dəhlizi dağıdılıb. Terrorla mübarizədə qətiyyətli və qərarlıyıq, - Hulusi Akar əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi