Humanitar yardım Astara Dövlət sərhədindən İran ərazisinə keçdi - YENİLƏNDİ

Astara Dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olan humanitar yükləri daşıyan yük avtomobilləri artıq İran ərazisinə keçib.

Bu barədə Teleqraf-ın Cənub bürosu xəbər verir.

***

13:11

Ölkə Prezidentinin tapşırığına əsasən İrana göndərilən humanitar yardım yüklü üç avtomobil Astara dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, humanitar yüklərin ümumi çəkisi 30 tona yaxındır.

Yardımın tərkibinə əsasən içməli su, düyü, un, şəkər tozu, eləcə də iki tona yaxın tibbi ləvazimat və dərman vasitələri daxildir.

Hazırda humanitar yardım yüklənmiş üç avtomobil Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İran istiqamətinə yola salınıb.

***

BAKI, 10 mart. TELEQRAF

09:19

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Teleqraf-ın məlumatına görə, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.